Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sessiyası keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Ali Məclis ADP İdarə Heyətinin partiyanın prezident seçkilərində iştirakı və təşkilatın sədri Sərdar Cəlaloğlunun namizədinin irəli sürülməsi təklifinin dəstəklənməsinə dair qərar qəbul edib.

İclasda S.Cəlaloğlunun namizədliyinin təsdiq olunması üçün sənədlərin tez bir zamanda Mərkəzi Seçki Komissiyasına təqdim olunmasına dair də qərarlar verilib. Eyni zamanda S.Cəlaloğlunun səlahiyyətli nümayəndələri müəyyən edilib.