Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilib. MİA İqtisadi İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, Bakının Nizami rayonunda, Sumqayıt, Gəncə və Ağstafa şəhərində, eləcə də Hacıqabul və Ağdam rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 180 kq-a yaxın ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.