Serbiyanın Zrenyanin şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı başlayıb. "Qafqazinfo” xəbər verir ki, çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 50, 54, 58, 63 və 100 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb. Belə ki, 50 kq çəki dərəcəsində çıxış edən Mikayıl Rəhmanov ardıcıl olaraq Cənubi Afrika Respublikası (8:0), Bolqarıstan (7:0, təmiz qələbə), Rusiya (6:5) və Özbəkistan (6:4) güləşçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda güləşçimiz Ukrayna təmsilçisini də üstələyərək (8:0) dünya çempionu olub.
Güləşçimiz dünya çempionu oldu
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11