Avropa Liqasının püşkatma mərasimindən dərhal sonra "Ayntraxt" klubunun prezidenti Peter Fişerdən Azərbaycana zəng gəlib. 

ANS PRESS-in Sport.1news.az-a istinadən verdiyi məlumata görə, Frankfurt klubunun rəhbəri Azərbaycanın gənclərdən ibarət yığmasının baş məşqçisi Bernhard Lippertdən "Qarabağ" haqqında soruşub.

"O, məndən "Qarabağ" haqqında informasiya verməyi xahiş edirdi. Ancaq mən onu pərişan etdim. 5 ildən artıq Azərbaycanda yaşadığım üçün Fişerə kömək etməyi lazım bilmədim", - deyə Lippert bildirib.

Yığmamızın baş məşqçisi "Qarabağ"-"Ayntraxt" qarşılaşmasında güclü olan tərəfin qalib gəlməsini arzuladı.