Müsavat Partiyasını qərargahında Milli Şuranın sessiyası davam edir. Əsəblərin gərgin olduğu bir vaxtda binanın önündə dayanıb sessiyanın bitməsini gözləyən müxalifətçilərdən biri Əli Kərimlinin ünvanına söyüş söydü. Buna cavab olaraq isə Müsavat qərargahında olan cəbhəçilərlə qarşıdurma yarandı.
Virtualaz.org-un hadisə yerində olan əməkdaşı bildirir ki, digər müsavatçıların müdaxiləsi ilə qarşıdurmanın qarşısı alındı. Müsavatçıların verdiyi məlumata görə, Əli Kərimlinin ünvanına söyüş söyən şəxs müsavatçı deyil: "O, bura təxribat üçün gəlib. Söz-söhbət yaranandan sonra isə o, qərargahı tərk edib”.