Bu sözləri "Qafqazinfo”ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev mitinqə gözləniləndən az adam gəlməsi məsələsinə münasibət bildirərkən deyib.
Eldəniz Quliyev hesab edir ki, bunları nəzərə alsaq, hələ kifayət qədər adam gəlmişdi : "Hakimiyyətin əvvəlcədən mitinqlər üçün qadağası var. Bundan əvvəl "Əsgər ölümlərinə son” aksiyasında mitinqə gələnləri həbs etmişdilər. Ona görə də insanlarda bir xof var idi. Amma hər halda 6000-8000 arası adam mitinqə toplaşmışdı”
Eldəniz Quliyev bildirib ki, Milli Şura növbəti mitinqlər də keçirəcək: "İlk dəfədir ki, demokratik düşərgə bir araya gəlib. Ona görə də bu birliklə növbəti aksiyaların da baş tutacağı gözləniləndi”
Milli Şuranın Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev də məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında mitinqdən qabaq artıq kütləvi həbslər başlayıb: "Bunlar da mitinqin qarşısını almaq üçün atılan addımlar idi. Mitinqdən qabaq Respublika Prokurorluğunun mətbuata açıqlaması da oldu. Xəzər rayonundan, Sumqayıt şəhərindən Müsavat, AXCP, KXCP üzvlərini şəhərə buraxmayıblar. Bütün bu maneələri nəzərə alsaq, 10000 adam mitinqdə iştirak etdi”.
Asəf Quliyev qeyd edib ki, bugünkü sessiyada növbəti mitinqlərin keçirilməsi məsələsi müzakirə olunacaq: " Vaxtı da yəqin ki bu gün müzakirə olunandan sonra dəqiqləşəcək”.