Müsavatçı fəal Azər İsmayıl azadlığa buraxılıb. Bunu Azər İsmayılın özü Facebook-da yazıb.

"Millət, salam. Gəlmişəm. Narahatçılığa əsas yoxdur. Söz veriblər yenə tutacaqlar Hamıya dəstəyə görə təşəkkür edirəm. Bir birlikdə güclüyük. Sevirəm hamınızı. Eşq olsun! Mücadilə nə qədər kutsal olarsa, azadlıq o qədər şirindir!", - müsavatçı fəal yazıb. 

Xatırladaq ki, Müsavat Partiyasının rayon təşkilatının keçmiş sədri, partiya fəalı Azər İsmayıl avqustun 13-ü gecə Sabirabadda saxlanılıb. Onu polis əməkdaşları ilə kobud rəftarda günahlandırıblar. Sabirabad rayon məhkəməsinin qərarı ilə Azər İsmayıl 5 gün müddətinə inzibati həbs cəzası almışdı.

musavat.com