Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov gündəmdə olan sualları cavablandırır. R.İbrahimbəyova ilk sualımız isə Milli Şuranın son sessiyasında qəbul olunan qərarlarla bağlı oldu:
- Rüstəm bəy, Milli Şuranın son sessiyasının nəticələrini necə qiymətləndirirsiniz? Avqustun 18-nə mitinq təyin olunmasını və yeni vahid namizədlə bağlı müzakirələri nəzərdə tuturuq.
- Sessiyanın nəticələrini yüksək dəyərləndirirəm. Milli Şuranın mitinq keçirməklə bağlı qərarı lazımlı addımdır. Eyni zamanda mənim sessiyadan öncə Milli Şura üzvlərinə məktubum ünvanlanmışdı. Həmin məktubda mən bir daha vurğulamışdım ki, namizədliyimin qeydiyyatdan keçəcəyinə inanıram və ümidvaram ki, xalq da bu problemin həll olunması ücün öz sözünü deyəcək.
- Bu, problemin həlli Rusiya prezidentindən asılıdır. Düzdür, bizə bu sənəd o qədər təcili lazımdır ki, Putin bu addımı vaxt baxımından istisna hall kimi atmalıdır. Yaxın gələcək onun buna gedib-getməyəcyini göstərəcək.
- Mən dəstəyə görə Əli bəyə təşəkkürümü bildirirəm. Milli Şura üzvlərinə müraciətdə bu məsələlərlə bağlı mənim movqeyim öz əksini tapıb. Milli Şuranın vahid namizədi var. Amma bundan belə, kimlərsə öz təşkilatlarının adından namizədliklərini irəli sürə bilər. Məsələn, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov, Lalə Şövkət, Rəsul Quliyev, Mirmahmud Mirəlioğlu, Cəmil Həsənli, Mehman Əliyev. Çünki biz indidən gələcəkdə irəli sürəcəyimiz digər əsas namizədimizin adını çəksək, o şəxsi qeydiyyatdan keçirməyəcəklər.
- Mən bu cür agılsız şaiələrə fikir vermirəm.
- Bu ittihama artıq cavab verilib. Eldar Namazov, Akif Muradverdiyev, Eldar Həsənov, İlham Rəhimov ona tutarlı cavab veriblər. Bu məqalə başdan ayağa yalandır. Eynulla Fətullayev Azərbaycanda xüsusi xidmət orqanları ilə işləyir. Görünür, bu yazı onların tapşırığıdır.
- Bu hakimiyyət özü Rusiyanın proyekti, İlham Əliyev Rusiyanın adamıdır. Putinin Bakıya seçki öncəsi səfəri bunu bir daha təsdiq etdi . Amma buna baxmayaraq iqtidar yaman təşvişə düşüb. Hakimiyyət qorxu içindədir. Biz bu hakimiyyətdən nə tələb edirik? Tələb edirik ki, müxalifətin nümayəndəsi seçkidə iştirak etsin. Hakimiyyət bütün dünyaya bəyan edir ki, Milli Şura ölkədə stabiliyi pozmağa, böhran yaratmağa, dövlət çevrilişi həyata keçirməyə çalışır. Hakimiyyətin bu cür hədəfəinə tuş gəlməmizin səbəbi isə bizim seçkidə iştirak etmək niyyətimizdir. Bu böhtanlara son qoymaq lazımdır. Buna cəmiyyətin kəskin etirazı olmalıdır. Belə bir durumda hansı normal seçkidən söhbət gedə bilər? Hakimiyyət bilərəkdən əhalini qorxudur ki, onlar aktivlik nümayiş etdirərək, müxalifətə səs verməsin.
- Bu, bir daha göstərir ki, hakimiyyətin apardığı təbliğat yalan idi.
- Bu Milli Şuranın demokratiya uğrunda apardığı mubarizədə yeni bir mərhələdir. Demokratik qüvvələr, xalq iradəsini ortaya qoymalı, insanlar öz haqqlarını tələb etməlidirlər. Qələbə sivil mübarizədən, Konstitusiya və qanunlar çərçivəsində aparılan geniş vətəndaş hərəkatından keçir. Və mən də Milli Şuranın sədri kimi bu prosesi sona -qələbəyə qədər davam etdirəcəyəm.
azadliq.info