Xalq artisti Alim Qasımov səsinin batmasını etiraf etib. Görkəmli xanəndə Lider TV-nin "Rəngarəng” verilişinə müsahibəsində, səsinin batması ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib: "Bir il bundan əvvəl səsimdə əməlli - başlı problem yarandı, oxuya bilmirdim... Hətta sənətdən uzaqlaşmışdım, müalicə alırdım. "

Səsi dünyanın hər ölkəsindən gələn sənətkar bu gün sənətdə qalmasında qızı Fərqanəyə borclu olduğunu bildirib: "Etiraf edim ki, qızımın sayəsində sənətə qayıtdım. Fərqanə olmasaydı sənətə qayıtmayacaqdım. Həmişə özümü qızıma borclu bilirəm. Allah şahiddir ki, bu sözlərimin hamısı həqiqətdir”.