Misirdə vəziyyət gərgin olaraq qalır. "Əl-Cəzirə" telekanalının Misirin Səhiyyə Nazirliyinə istinadən yaydığı xəbərə görə, Misir ordusu tərəfindən keçmiş prezident Məhəmməd Mursi tərəfdarlarının nümayişlərinin dağıdılması nəticəsində ölənlərin sayı 638 nəfərə çatıb.
Misirdə kütləvi iğtişaşların şiddətlənməsindən qorxuya düşən xarici turistlər artıq ölkəni tərk etməyə başlayıblar. Mövqe.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün Finlandiya vətəndaşlarının təxliyyəsi barədə bəyanat verib. Hakim dairələr bu qərara Misirdəki vəziyyətlə əlaqədar gəliblər. Artıq bu bazar günü "Tyareborq” turizm şirkəti təxminən 100 nəfər müştərisini təxriyyə etməsinə söz verib. Həm də tur-operator sentyabr-oktyabr aylarına Misirə olan turları ləğv edib. Başqa bir şirkət "FİNNMATKAT” 135 nəfər turistini bazarertəsi ölkədən çıxarmağı planlaşdırır və oktyabr ayına kimi Misirə turları dayandırıb. Rusturizm bütün tur agentlərə Misirə tur paket satışının dayandırılması barədə tapşırıq verib. Bundan başqa Rusiya Xarici işlər nazirliyi vətəndaşlarını Misirə səyahət üçün verdiyi pullarını geri tələb etməyə çağırıb.
E. Abdullayev Misirdə dövlət xəti ilə təhsil alan tələbələrin hələki tətildə olduqlarını, tələbələrlə bağlı narahatçılığın olmadığını söyləyib.