Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gül və Qırğızıstan prezidenti Almazbek Atambayev ilə axşam yeməyində bir araya gəliblər.
Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı üçün Azərbaycanın Qəbələ şəhərində olan Gül İlham Əliyevin onun şərəfinə verdiyi yeməyə qatılıb. Yemək mətbuata bağlı reallaşıb.
Yeməkdən əvvəl, prezidentlər zirvə iştirakçıları üçün Heydər Əliyev Mədəniyyət Mərkəzində təşkil edilən konserti izləyiblər.