Bu gecə Sabirabadda Müsavat Partiyasının rayon təşkilatının keçmiş sədri Azər İsmayıl polis tərəfindən saxlanılıb. 

Bu barədə "musavat.com”a müsavatçı fəalın yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Azər İsmayıl gecə saatlarında evdən çıxaraq marketə çörək almağa gedərkən polislər tərəfindən saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsinə gətirilən A.İsmayılın nə səbəbdən saxlanıldığı bilinmir. 

*** 
AXP-nin Sabirabad rayon təşkilatının sədri Novruz Quluzadə də polis tərəfindən saxlanılıb. Yaxınlarından "musavat.com” a verilən məlumata görə, N.Quluzadə Müsavat fəalı Azər İsmayıla görə rayon polis şöbəsinə gedibmiş. Bu zaman o da polis tərəfindən saxlanılıb. Hazırda hər iki müxalifətçi rayon polis şöbəsindədir.