Bu gün İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, prezidentliyə namizədliyinin irəli sürülməsi MSK tərəfindən rəsmi qeydə alınmış İlqar Məmmədova (İlqar Altay) imza vərəqələri təqdim olunub.




"Qafqazinfo” xəbər verir ki, sabahdan səlahiyyətli nümayəndələr ölkənin müvafiq bölgə və seçki dairələrinə çıxıb imzatoplama fəaliyyətinə başlayacaq. Məqsəd tezliklə imzaları toplayıb yoxlanması üçün MSK-ya təqdim etmək və seçki təbliğatı kampaniyası dövrünə hazır olmaqdır.