O bu məqsədlə ilk olaraq doğma Şamaxı rayonunu seçib.
Bu barədə DİA.AZ-a verilən məlumata görə, Rüstəm İbrahimbəyov Şamaxıda imza toplanması işini bir zamanlar qardaşı Maqsud İbrahimbəyovun seçki qərargahına rəhbərlik edən, Şamaxı Dövlət Sənaye-İqtisad Kollecinin keçmiş direktoru Vaqif İsgəndərova tapşırıb. Şamaxıda kifayət qədər nüfüz olan V.İsgəndərov isə MSK-dan imza vərəqələrinin götürüldüyü təqdirə 2 gün ərzində lazımı imzaları toplayacağına söz verib.
O vurğulayıb ki, şamxılılar öz həmyerliləri olan Rüstəm İbrahimbəyova sona kimi dəstək verəcəklər.
V.İsgəndərov bildirib ki, bu məsələ ilə bağlı icra başçısının birinci müavini Qasım Qasımovla da əlaqə saxlayıb. Q.Qasımov ona söz verib ki, MSK imza vərəqlərini verdiyi təqdirdə Şamaxıda Rüstəm İbrahimbəyov üçün imza toplanmasında hər hansı bir problem yaradılmayacaq.