Bu gün 2012/13 mövsümü üçün Türkiyə superkubokunun qalibi bəlli oldu. Kayseri stadionunda baş tutan qarşılaşmada çempion "Qalatasaray" ölkə kubokunun sahibi "Fənərbaxça" ilə üz-üzə gəlib.

 Mia.az xəbər verir ki, oyunun 63-cü dəqiqəsində "Fənər"in portuqaliyalı ulduzu Alves 2-ci sarı kart alıb və hakim tərəfindən oyundan qovulub.

"Qalatasaray"ın üstünlüyü ilə gərgin və maraqlı keçən maçtın əsas vaxtında hesab açılmayıb və hakim 30 dəqiqəlik əlavə vaxt təyin edib. 99-cu dəqiqədə isə Droqba ustalığını nümayiş etdirib. Hakanın hava ötürməsini o, başla qola çevirib. Oyun qalan dəqiqələrində qol olmayıb. Beləliklə, "Qalatasaray"ın 1:0 hesablı qələbə ilə  tarixində 13-cü dəfə superkubokun sahibi olub.