Ali Məclis Əli Kərimliyə qarşı baş vermiş növbəti təxribatı pisləyir və bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir.
Bəyanatda bildirilir ki, hakimiyyət uzun illərdir AXCP-yə və onun liderinə qarşı iyrənc kampaniya aparır. Partiyanın sıravi üzvlərindən tutmuş, rəhbər şəxslərinə qədər hər kəs mütəmadi təzyiq və təqibə məruz qalıb. Hakimiyyətin AXCP-yə qarşı qanuna zidd münasibəti artıq bütün mənalarda öz təsdiqini tapıb. Partiyanın sədri Əli Kərimlinin mənzilinə soxulmaq isə, təkcə cinayət deyil, həm də əxlaqsızlıqdır.
Ali Məclisi hesab edir ki, bu çirkin hadisənin arxasında Azərbaycanın siyasi hakimyyəti dayanır və Əli Kərimlinin fəaliyyətinə süni maneələr yaratmaq məqsədi güdür.
Sənəddə qeyd olunur ki, bundan əvvəl də Əli Kərimli oxşar təxribatla üzləşib. Belə ki, 2005-ci ildə onun iş otağında gzli qurğu aşkar olunub.
Ali Məclis bəyan edir ki, bu kimi qanunsuz əməliyyatlarla AXCP və Əli Kərimlini haqlı mövqeyindən çəkindirmək mümkün olmayacaq.
azadliq.info