«Azərsu» ASC-nin Bakının Hövsan kəndi və onun tərkibində olan Zeytunluq qəsəbəsinə yeni su xəttinin çəkilişinə başlaması mərkəzi küçə əhlini sevindirsə də, arxa və ara küçələrdə yaşayanların sərt etirazı ilə qarşılanıb.
Mia.az-a vasitəsiylə ölkə rəhbərliyinə müraciət edən qəsəbə sakinləri deyirlər ki, «Azərsu» ASC-nin əməkdaşları darvazası mərkəzi küçəyə baxan evlərə yeni su xəttinə qoşulmaq üçün çıxış və sayğac qoysalar da, digər evlər «unudulub». Səbəb isə sadədir: «Bu proses təbii ki, qəbuledilməzdir. Belə çıxır ki, ASC rəhbərliyi seçkiyə hesablanmış
addım atır və özlərinin reklamı ilə məşğuldurlar. Bu qənaətə gəlmək üçün ciddi əsaslarımız var. Belə ki, paralel və perpenduklyar küçələrdə bu günədək heç borular birləşdirilməyib.
Belə çıxır ki, qurum əməkdaşları mərkəzi küçə ilə öz işlərini bitirib, getmək istəyirlər. Sabah da adını qoyacaqlar ki, bəs, Hövsan və Zeytunluq qəsəbələri su ilə təmin olundu. Bundan təlaşlanan bəzi adamlar (mərkəzi
küçəyə yaxın olanlar) «Azərsu»nun işçiləriylə əlaqəyə girərək «görüm-baxım»
etməklə, öz həyətlərinə çıxış qoydururlar. Məsələ burasındadır ki,
"hörmət" etməyənə nə su üçün çıxış, nə də sayğac qoyurlar, istəyir evin qapısı mərkəzi küçənin
bircə metrliyində olsun. Bu rüşvət verməyə isə hər adamın imkan çatmır».
Sakinlər «Azərsu» iASC-nin bu hərəkətini həm ictimaiyyəti,
həm də ölkə rəhbərliyini aldatmaq məqsədini daşıdığını bəyan edirlər: «Yəqin nə zamansa prezidentə də yalandan hesabat veriləcək ki, bu qəsəbələr tam şəkildə su ilə təmin edildi. Çox istərdik ki, əlaqədar orqanlar bu şikayətimizi yerində araşdırıb, tədbirlər görsünlər. Həm də imkan verilməsin ki, məmurlar camaatı və hökuməti aldatsınlar».
Şikayətə bazar günü olduğundan rəsmi münasibət öyrənə bilmədik.
/spanBu/span