Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ” İsveçin "Gefle” klubu ilə cavab qarşılaşması oynayacaq.
Mia.az xəbər verir ki, Bakıda keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn Ağdam klubu Bakı vaxtı ilə saat 22:00-da meydana çıxacaq.
Qeyd edək ki, oyunu isveçrəli baş hakim Stefan Klossner idarə edəcək.
Onu da xatırladaq ki, "Gefle" - "Qarabağ" oyununu "İdman Azərbaycan" kanalı canlı yayımlayacaq.
***
41-ci dəqiqədə komandamız hesabı açdı. Silva qola imza atdı. Komandamiz fasiləyə qalib çıxdı.
50-ci dəqiqədə Reynaldo komandamızın üstünlüyünü 2-yə çatdırdı - 0:2.
Oyun komandamızın tarixi qələbəsi ila başa çatdı. Təbriklər "Qarabağ", təbriklər Qurban Qurbanov!