Siyavuş Novruzov bildirib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququ təmin olunur:
S.Novruzov onu da deyib ki, müxalifətin 20-ci sahəyə getməsi jurnalistlər üçün də yaxşı olardı: "Jurnalistlər yeni evlərinin eyvanından mitinqdən reportaj hazırlaya bilərlər. Həm də orada iştirakçıları saymaq daha asan olar”.
Seçki təşviqatına toxunan YAP-çı deputat bildirib ki, bu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, təmin ediləcək: "Bununla qanunvericiliyin tələbi var. Həmin tələbə uyğun olaraq, bütün namizədlərə bərabər şərait yaradılacaq”.
Xatırladaq ki, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanatında hakimiyyətə bir sıra çağırışlarda bulunub. Səfirin bəyanatında diqqəti çəkən məqamlardan biri də hakimiyyətdən ATƏT-in seçkilərdə müşahidəsini təmin etməsi barədə fikirlərdir(moderator.az).