Bu həftə bəzi kütləvi informasiya vasitələrində Bakının Lökbatan qəsəbəsində yerləşən "Araz-Avia” ticarət mərkəzinin ("Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovaya vergi cinayəti üzrə iş açılması məlumatları gedib.
"Media forum” saytı iddialara aydınlıq gətirmək üçün Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinə müraciət edib. Şöbədən müraciətə belə cavab verilib: "Nazirlikdə Kəbirə Məmmədovaya cinayət işinin açılması ilə bağlı məlumat yoxdur”.