Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" matçının biletləri satışa çıxarılıb. Artıq biletlərin qiymətləri də müəyyənləşib. 

Belə ki, azarkeşlər "Norrporten” stadionunda keçiriləcək oyunu canlı izləmək üçün 100 kron (12 manat) ödəyəcəklər. Yaşı 18-dən aşağı olan yeniyetmələrin stadiona girişi isə pulsuz olacaq. 

Qeyd edək ki, "Gefle" - "Qarabağ" oyunu avqustun 8-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

qol.az