"Bakcell” şirkəti ilə "Azərbaycan Beynəlxalq
Bankı” ASC arasında davam edən pul davası üzrə məhkəmə icraatının dayandırılması ilə bağlı qərar verildi.
Bu
barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinin qərarından verilən üzrə Bakı
Apellyasiya Məhkəməsində hakim Elmira Nağıyeva iyulun 31-də qərar verib:
«Hakim Elmira Nağıyeva iyulun
30-na təyin etdiyi prosesi bir gün
sonra, yəni iyulun
31-də keçirərək,
iş üzrə öz ilkin qərarını elan edib.
Məhkəmə «Bakcell»lə Azərbaycan Beynəlxalq Bankı və
«Mobifon» arasında gedən çəkişmənin icraatını dayandıran qərar verib».
Xatırladaq
ki, "Bakcell” MMC-nin Cahangir Hacıyevin
prezidenti olduğu bankla bərabər, "Mobifon” MMC-ini də cəlb elədiyi məhkəmə işinin
predmeti pula bağlıdır. Mobil şirkət "Azərbaycan Beynəlxalq Bankı” ASC və
üçüncü şəxs qismində məhkəməyə cəlb etdiyi "Mobifon” MMC-dən təminat pulunu və
faizlərin ödənilməsini tələb edir.
İşə əvvəlcə
saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb.
Məsələ
ilə bağlı tərəflərin mövqeyini də dinləməyə hazırıq.