elsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu Kriştiano Ronaldoya dolayısı yolla ismarıc göndərib.

  Britaniya mətbuatının xəbərinə görə, portuqaliyalı mütəxəssis deyib ki, indiyə kimi yalnız bir əsl Ronaldo ilə çalışıb.

 "2000-ci ildə ilk dəfə baş məşqçi oldum. Amma ondan əvvəl böyük klublarda məşqçi köməkçisi idim. Dünyadakı ən yaxşı oyunçularla çalışdım. 30 yaşımda Ronaldo ilə məşqlərə başladım. İndiki ilə deyil, braziliyalı Ronaldo ilə" - deyərək, portuqaliyalı hücumçunu aşağılayıb.