Futbol üzrə
Topaz Premyer Liqasında I turun oyunları davam edir. Dünən keçirilən qilk qarşılaşma "Simurq"la "Rəvan" arasında olub. Qəbələ
şəhər stadionunda baş tutan oyunda ev sahibi rəqibinin qapısından iki cavabsız top keçirib. Stepan
Polyak (66) və Orxan Səfiyaroğlu (86) qolların müəllifi olublar.
Günün böyk maraqla gözlənilən oyunu isə Çempionlar Liqasında uğursuz çıxışı ilə
yadda qalan "Neftçi" ilə AZAL arasında keçirilib.
Böyükağa Hacıyevin istefasından sonra baş məşçisiz qalan
"ağ qaralar"ı köməkçi məşqçi Tərlan Əhmədov oyuna çıxarıb. Və Flaqman gözlənildiyi kimi, rəqibinin qarşısında ilk dəqiqələrdən hücum futbolu nmayiş etdirib. Təsadüfi deyil ki, bunun nəticəsi özünü 9-cu dəqiqədə göstərib. Bahadır Nəsimov "Bakcell Arena” stadionunda baş tutan oyunun 9-cu dəqiqəsində hesabı açıb.
***
"Neftçi" üstünlüyünü 3-ə çatdırıb. 29-da Flavinyo, 37-də isə Rəşad Sadiqov fərqi 3-0-a çatdırıb.
Oyun bu dəqiqələrdə 1-0 hesabı ilə davam edir.
***
58-də AZAL qolların birinin əvəzini çıxıb- 3:1.
***
Əsas vaxta əlavə eilmiş dəqiqələrdə "Neftçi" xal fərqini yenidən artırıb - 4:1
Oyun bu hesabla başa çatıb.