Ölkənin prestijli banklarından sayılan "Bank StandardASC ilə «Lider TV» arasında kredit qalmaqalı üzrə növbəti məhkəmə qətnaməsi açıqlandı.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayevin sədrliyi ilə avqustun 1- bankla telekanalın kredit mübahisəsi araşdırılıb: «Mübahisə telekanalın sözügedən bankdan iri məbləğli kredit götürməsi vaxtında ödəyə bilməməsinə görə başlayıb. Bank da kredit müqaviləsi üzrə əsas borcun və gecikdirilməyə görə hesablanmış faizlərin məhkəmə vasitəsiylə ödənilməsini tələb edib.

 Bankın iddiasına 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəmədə baxılıb və bu məhkəmənin qətnaməsi problemi "yolu”na qoymayıb. Həmin məhkəmənin qətnaməsindən verilən şikayətə isə avqustun 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə baxılıb. Hakim sözügedən tarixdə birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayan qərar verib. Güman ki, bank bu qətnamədən Ali Məhkəməyə şikayət edəcək».

  Məsələ ilə bağlı qarşı tərəflərin münasibətini də dinləməyə hazırıq.

/spanspan lang="EN-US" style="font-size:16.0pt;mso-ansi-language:EN-US"