Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının bu gün keçirilən konfransında təşkilata yeni sədr seçilib. YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov tutduğu vəzifədən kənarlaşdırılıb. Onun əvəzinə isə konfrans nümayəndələri Gəncənin Kəpəz Rayon icra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyevi sədr seçib.

Qeyd edək ki, Naqif Həmzəyev hakim partiyanın rayon –şəhər təşkilatlarının sədrləri arasında ən gəncidir.