Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Mia.az xəbər verir ki, Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun Avstriyada "Zalsburq” klubu ilə "Fənərbaxça” arasında baş tutub.
Bakı vaxtı ilə saat 23:45-də start götürən oyun 1:1 hesabı ilə başa çatıb. Rəqibin Alanla 68-ci dəqiqədə vurduğu qola "Fənərbaxça" 90+5-də Kristian Varoninin vurduğu penalti ilə cavab verib. Bu bərabərlik türk klubuna doğma meydanındakı cavab qarşılaşmasında əla fürsət yaradıb.
Digər oyunlarda APOEL (Kipr) "Maribor”la (Sloveniya), "Molde” (Norveç) Legiya” (Polşa) ilə 1:1 bərabərə qalıb. "Ludoqorets” (Bolqarıstan) "Partizan”ı (Serbiya) 2:1 hesabı ilə, "Seltik” (Şotlandiya) isə "Elfsborq”u (İsveç) məğlub edib - 1:0.