Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Fənərbaxça" ilə "Qalatasaray" arasında oynanılacaq İstanbul derbisində təhrikedici sözlərin əks olunduğu pankartların stadiona gətirilməsinə icazə verilməyəcək.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası (TFF) bu qarşılaşmanın Azərbaycanda keçirilməsi üçün AFFA-ya müraciət etmişdi. AFFA isə vaxt azlığını əsas gətirərək təklifi qəbul etməmişdi.