İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin növbəti ümumi iclası keçirilib. Toplantıda birliyin sədri İlqar Altayın (Məmmədov) 2013-cü il Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi və yaxınlaşmaqda olan seçki kampaniyası ərəfəsində aparılan hazirliqlarla bağlı müzakirələr keçirilib. 


Bu istiqamətdə təşkilatlanma və ğörüləcək işlər barəsində strateji və taktiki layihələr, fikirlər irəli sürülüb. Müstəqil namizəd İlqar Altayın fərqli seçki platforması və onun bu yaxınlarda ictimailəşdirilməsi ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı ölkədə ictimai-siyasi vəziyyət, seçkiöncəsi mühitin səviyyəsi diqqətə alınmnışdır. Qarşıdakı seçkilərin ədalətli və demokratik keçirilməsi üçün müvafiq imkan və şəraitin nə dərəcədə qaneedici olması dəyərləndirilmişdir.

İctimai Birlik hazirki seckiqabağı dövrdə ölkədəki ictimai-siyasi mühitdə konfrantasiyasnın kəckinləşməsi barədə narahatlıq bildirib. Bu cür ifrat mübarizə və rəqabət münasibətlərinin nəticə etibarı ilə müxtəlif təmayüllü ekstremist qüvvələrin və Azərbaycana düşmən xarici təsirlərin dövlətçiliyə təhlükə yaradacaq fəaliyyətinə meydana aça biləcəyini xəbərdar edib. Birlik seçki mübarizəsinin sivil seçki rəqabəti, qarşılıqlı hörmət və dialoq şəraitində, mövcud qanunvericilik çərçivəsində aparılmasının vacibliyini vurğulayıb.

Aparılmış müzakirələrin nəticəsi olaraq İctimai Birlik müstəqil, neytral, barışdırıcı mövqeli namizədlərin seçki mübarizəsinə qoşulmasının ölkəmiz üçün zamanın tələbinə müvafiq hesab edərək, İlqar Altayın prezidentliyə namizədliyini yerində atılmış addım hesab edib.