Ekologiya və Təbii Sərvəttlər Nazirliyinin iri şirkətlərlə məhkəmə çəkişməsi sonna yetib.
Bu barədə mia.az-a daxil olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə "Det.Al Limited” Şirkəti və "Daşkəsən Filizsaflaşdırma” ASC arasındakı məhkəmə mübahisəsinə ötən həftə son qoyulub.: «Diqqətə çatdırım ki, nazirlik bu şirkətləri gördükləri işlərlə bağlı vurduqları ziyanla əlaqədar yüksək məbləğdə cərimələyib. Amma bu şirkətlər dəymiş ziyanı ödəmək əvəzinə, onu ödəməkdən imtina etdilər. Nazirlik isə qərar və aktla tənzimlənən cərimənin ödənilməsi üçün məhkəməyə üz tutdu. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia araşdırılsa da, çıxarılan qərar mübahisəyə son qoymadı. Həmin məhkəmə instansiyasının qərarından verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə bir neçə gün əvvəl araşdırılıb».