Yeni mövsümə hazırlıqlarını davam etdirən İstanbulun "Qalatasaray" klubu İtaliyanın "Napoli" kollektivi ilə qarşılaşıb. "Qalatasaray" qarşılaşmadan 1:3 hesabı ilə məğlub ayrılıb.  

"Sarı-qırmızılar"ın yeganə qolunu matçın 57-ci dəqiqəsində Nordin Amrabat vurub. "Napoli"nin heyətində isə 4-cü dəqiqədə Pandev, 81-də Zuniga, 90+3-də penalti zərbəsilə İnsigne vurub.

"Qalatasaray"ın heyətində 90-cı dəqiqədə Dani Nounkeu və Fernano Muslera qırmızı vərəqə görərək meydandan qovulub(anspress.com).