AFFA rəhbərliyinin ilin sonunda millinin baş məşqçisi Berti Foqtsla müqaviləni müddətini uzatmayacaqlarının mümkünlüyü haqda bəyanatından sonra Almaniya mətbuatı bu məsələyə geniş yer verməyə başlayıb.


Mia.az Qol.Az-a istinadən xəbər verir ki, bunu nüfuzlu "Kicker” nəşri yazıb. Nəşrin xəbərinə görə, ilin sonunda Berti Foqts Azərbaycan millisini tərk edəcək.

"Bizə məlum olub ki, AFFA-nın baş katibi Elxan Məmmədov artıq yeni baş məşqçi axtarışına çıxıb” – deyə "Kicker”in məlumatında bildirilib.