İraqın paytaxtı Bağdadda bir neçə partlayış törədilib. Partlayışlar nəticəsində azı 44 nəfər ölüb, 100-dən çox adam da yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. "Associatd Press" agentliyinin İraq rəsmilərinə istinadən verdiyi məlumata görə, Bağdadın 8 ayrı rayonunda partlayıcı qurğu yerləşdirilmiş avtomobillər partladılıb.
Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin partlayışlar şiələrin sıx məskunlaşdığı rayonlarda törədildiyindən, polis onların arxasında "Əl-Qaidə" terror təşkilatının dayandığını ehtimal edir.
Qeyd edək ki, bu ilin əvvəllərindən İraqda terror aktlarında 2500-dən çox adam ölüb, özü də ilin ilk yarısının ən qanlı ayı da məhz iyul ayı sayılır.