Bu gün Sakit okeanın Kamçatka rayonu ərazisindəki akvatoriyada 5,4 bal gücündə zəlzələ olub. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Fövqalədə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzinin məlumatında zəlzələnin Petropavlovsk-Kamçatskdan 107 km cənub-şərqdə baş verdiyi bildirilir.

Zəlzələnin episentri 33 km dərinlikdə yerləşib. İlkin məlumatlara görə, xəsarət alanlar, dağıntı və sunami təhlükəsi yoxdur.