Əsasən sənətçi, tarixçi, vəkil və yazıçılardan ibarət 30 məşhur şəxsin imzası ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət göndərilib. Müraciət edənlər arasında aktyor Susan Sarandonun, Oscar mükafatı laureatı, aktyor-rejisor Sean Pennin və tanınmış pianoçu Fazil Say kimi şəxslərin də olduğu müraciətin edilməsinə səbəb Gəzi Parkı hadisələri zamanı Ərdoğanın tutduğu mövqedir. Buna görə də müraciət müəllifləri Ərdoğanı qınaq obyektinə çeviriblər.

Müraciət müəllifləri bildirirlər ki, Gəzi parkı hadisələri zamanı polislər sülhsevər nümayişçilərə qarşı vəhşilik törədiblər.

Müraicətdə 5 nəfərin ölməsi, 11 nəfərin gözünün kor olması və 8 mindən çox insanın yaralanmasına etiraz bildirilir və buna görə Baş nazir qınanır:

"Ancaq siz, Taksim Meydanı və Gəzi Parkının eşi bənzəri olmayan şiddət ilə boşaldılmasından sadəcə bir neçə gün sonra, tək günahları sizin diktator hakimiyyətinizə qarşı olan bu beş ölüyə fikir verməyərək, İstanbulda, nazilərin Nuremberg Toplanmasını xatırladan bir mitinq keçirtdiniz.

Sizin həbsxanalarda Çin və İrandakının cəmindən çox jurnalist var. Bununla yanaşı nümayişçiləri yağmaçı, holigan, xaricilərin istiqamətləndirdiyi terrorçu və s. olaraq adlandırdınız. Doğruluqda isə bu mitinqlərdə iştirak edənlər sadəcə olaraq, Mustafa Kamal Atatürkün məsləhət gördüyü şəkildə sekulyar bir cümhruryyətin davam etməsini istəyənlər idi.”

Müraciət müəllifləri Ərdoğana xatırladırlar ki, bir tərəfdən Türkiyənin Avropa Birliyinə girməsini istəyərkən, digər tərəfdən də Türkiyənin güclü bir dövlət olduğunu deyir və amma Avropa Birliyi liderləri tərəfindən ona verilən ultimaltumları qəbul etmir.