Azərbaycanda 20 yaşlı qız intihar edib. Tovuz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Hicran Rüstəmova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.