APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) Nağd pullar Departamentinin direktoru Hacıbaba Mənsimov bildirib.
H.Mənsimov daha bir mühüm problemə Avropa təcrübəsi əsasında aydınlıq gətirib: "Məsələn, Avropada dövriyyədə 1 və 2 avro nominallı sikkələr var və əsas problem saxta pullarla bağlıdır. Avropa Bankı uzun müddətdir 2 avroluq əskinasın buraxılması haqqında düşünür. Bizdə isə əhali bu pullara nəzarət etmir və onlar Mərkəzi Banka qayıtmır. Əskinaslar banka qayıdır və sayma zamanı saxtaları aşkar etmək mümkündür. Dövriyyədə isə olduqca çox saxta qəpiklər olur və onların sayı artır".
"Azərbaycanda ən önəmli problem sosial ödənişlərlə bağlı ola bilər. Əgər 1 manatlıq qəpiyə çevrilərsə, onda pensiyaçılar və sosial yardım alanlar bankomatdan 4 manata qədər məbləği çıxara bilməyəcəklər", - deyə AMB rəsmisi vurğulayıb.