Avropa Liqasının II təsnifat mərhələsiknin ilk oyunu çərçivəsində az sonra başlayacaq "Makkabi" - "Xəzər Lənkəran" matçının start heyətləri bəlli olub.

Hər iki komanda meydana aşağıdakı heyətlə çıxacaq.

"Makkabi": 33. Saranov, 13. Tvatha, 21. Keynan, 27. Meshumar, 7. Bokkoli, 8. Ezra, 10. Rayo, 25. Sokalik, 20. Katan (k), 17. Turgeman, 19. Abuthazira.

"Xəzər Lənkəran": 30. Toni Doblas, 8. Eder Bonfim, 21. Rodomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev, 23. Nikola Qliqorov, 99. Marin Orsuliç, 12. Junior Nildo(qol.az).  

***

Mia.az xəbər verir ki, "Xəzər Lənkəran" səfərdə rəqibi qarşısında duruş gətirə bilməyib. 37-ci dəqiqədə Ezra hesabı açıb. 57-də komandamız ikinci qolu da qapısından buraxıb. Oyun bu hesabla yekunlaşıb.