Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilir. Mia.az xəbər verir ki, "Qarabağ" doğma meydanda Polşanın "Piast" klubunu qəbul edir. Oyunda hesabı polşalılar açıb. 19-cu dəqiqədə Marçin Robakın vurduğu qola 40-cı dəqiqədə Riçard Almeyda ilə cavab verən "Qarabağ" bu dəqiqələrdə 2-ci qol axtarışındadır.
***
Qurban Qurbanovun yetirmələri 83-cü dəqiqədə 2-ci qolu da vurdu. Silva hesabı artıran qola imza atıb. Oyun bu hesabla başa çatıb- 2:1.