"Apple" cəbhəsindəki məlumatları təxmin etməklə məşhur olan "Jefferies" şirkətinin analizçisi Peter Misek son son məruzəsini açıqlayıb. Peterə fikrincə, "iPhone 5S"-in istehsalına bu ay başlanılacaq və mobil telefon sentyabr ayının sonu və ya oktyabr ayında satışa çıxarılacaq.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni "iPhone"-a az maliyə xərclənəcək. Belə ki, Peter bildirib ki, ortalama qiyməti 300-400 dollar olacağı gözlənilən telefonların istehsalına başlanmasının səbəbi inkişafda olan ölkələrin bazarına girmək istəyi ilədir.

Hazırlanan məruzədə diqqət çəkən məqamlardan biri də budur ki, Apple ilin 4cü yarısında 5 milyon "iPhone 4S", 20 milyon ucuz "iPhone" və 25 milyon "iPhone 5S" satmağı düşünür. Peter qeyd edib ki, 5S telefonlarında inqilabi bir dəyişim olacağını düşünmədiyindən, bu qədər telefonun satılmayacağını düşünür.