Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, iyul ayının 21-i saat 15:00-da Bakı şəhəri Fəvvarələr Meydanında etiraz aksiyası olacaq. Aksiyanın məqsədi tutulan müxalifətçilərin hələ də həbsdə saxlanılması və yeni həbslərin olmasıdır. Aksiyaya çağırışda bunun heç bir təşkilat tərəfindən keçirilmədiyi də qeyd olunur. Adı isə "Qanunsuz həbslərə son!"dur.
Facebook sosial şəbəkəsində yaradılan aksiyaya çağırışda(?) bunlar qeyd olunub: "Azadlıqdan məhrum olan hər bir gənc sənin millətindən,qanından,canındandır.Bütün bu olanlara son de! O tutulan gənclərin yerinə sabah sən,qardaşın,qohumun ola bilər.Bunu da nəzər al ki,içəridə azadlıqdan məhrum olunmuş hər bir gənc sənin üçün içərdədir.Aksiya sakit formada keçiriləcək və cəmi 10 dəqiqə davam edəcək.Ağzımıza "Sus" yazıb yapışdıracağıq!
Aksiya ilə bağlı digər detallar yaxın saatlar ərzində eventdə yerləşdiriləcək.Aksiya siyasi deyil və heç bir təşkilat tərəfindən keçirilmir".