Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, istintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır. 

Baş Porkurorluqdan bildirilib ki, istintaqın gedişatı və nəticələri haqqında mütəmadi olaraq məlumatlar təqdim olunacaq.

Qeyd edək ki, avqustun 28-də "Mariamoba” bayramı ilə əlaqədar prezident 34 məhkumu əfv edib. Onların arasında qətlə görə məhkum olunmuş üç nəfər və axtarışda olan bir nəfər də yer alıb.