İki gün əvvəl Rusiya prezidenti Putin və İran dövlət başçısı Ruhani ilə Ankarada Suriya ilə bağlı müzakirə aparan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a açıq xəbərdarlıq edib.
Mia.az xəbər verir ki, o, iki gün əvvəl Putin və Ruhani ilə keçirdiyi görüşdən danışıb və bildirib ki, Suriyadakı problemlə bağlı çox vacib qərar qəbul ediblər:
"Fərat çayının şərqi üzrə məsələnin həllində Avropadan daha artıq dəstək gözləyirik. Qarşıdan gələn aylarda baş verəcək hadisələr Suriya məsələsi üçün həlledici olacaq. Suriyada təhlükəsizlik bölgəsinin qurulması üçün ABŞ-la apardığımız danışıqlar iki həftə ərzində nəticə verməsə, biz öz planlarımızı tətbqi edəcəyik”.
Mia.az