Rusiyanın Krasnodar diyarının Otradnensk rayonunda məntəqə seçki komissiyasının (MnSK) 3 üzvü, bir müşahidəçi və sürücü yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Krasnodar diyarı Seçki Komissiyasından bildiriblər.

Onlar ərazi komissiyasına səsvermə bülletenlərini aparırmış.

Qeyd edək ki, sentyabrın 8-də Rusiyada yerli orqanlara ümumxalq seçkiləri keçirilib.