Rusiya Türkiyəyə beşinci nəsil "Su-57” qırıcı təyyarələri satacaq.
Mia.az Rusiya mətbuatına istinadla bildirir ki, bununla bağlı Rusiya Federal Hərbi Texniki Əməkdaşlıq Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib.
Xatırladaq ki, Ərdoğan dünən Rusiyada səfəri zamanı SU-57-lərə şəxsən baxış keçirib. Putin bu təyyarələrin üstün imkanları haqda Ərdoğanı şəxsən məlumatlandırıb.
Bundan sonra dünya mediası ABŞ-ın F-35-lərin satışını dayandırmasına qarşılıq olaraq, Türkiyənin Rusiyadan SU-57-ləri də alacağını daha qüvvətli ehtimalla yazmağa başlayıblar.
Mia.az