"Fərat çayının şərqində ABŞ hərbçilərilə birgə addımlar atmağa tərəfdarıq. Amerikalılar tərəfindən terrorçulara aid qurğuların bir qisminin məhv edildiyinə və terrorçuların bir qisminin bölgədən çəkildiyinə dair yoxlanması zəruri olan məlumat aldıq. Bunları yoxlamaq və davam etdirmək üçün də çalışmalar yürüdürük”.
Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hülusi Akar deyib.
O bildirib ki, əgər ABŞ ilə birgə addımlar nəzərdə tutulduğu kimi həyata keçirilməsə, Türkiyə Silahlı Qüvvələrinin B planı da, C planı da var.