ABŞ Prezidenti Donald Tramp G7 sammitində İran Xarici İşlər naziri Cavad Zəriflə görüşməkdən imtina edib.
Mia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp Zəriflə görüş haqda danışmağın hələ çox tez olduğunu bildirib.
Tramp həmçinin, İranın Xarici İşlər nazirinin G7-yə gəlmək məsələsinə razılıq verməsi üçün ondan Fransa Prezidenti Emmanuel Makronun xahiş etdiyini deyib.
ABŞ Prezidenti İranı güclü dövlət kimi görmək istədiyini və burada hakimiyyət dəyişikliyi əldə etməyə çalışmadığını vurğulayıb.