Türkiyə ordusu İraqda başladığı "Pəncə-3" əməliyyatı çərçivəsində bu gün çıxan atışmada şəhid verib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında PKK terrorçuları ilə çıxan atışmada 3 qəhrəman türk əsgəri şəhid olub, 7 yaralı var: "Yaralılar xəstəxanaya yerlədirilib".
Xatırladaq ki, dünənki əməliyyatda 13 PKK terrorçusu İraqda məhv edilib.
Mia.az