"Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığının başı bəlalıdır. Çünki bizim həmişə onlarla çoxlu problemlərimiz olur”.

Bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. 

S.Mirzəyev Azərbaycanın AŞPA-dan çıxarılacağı barədə iddialara da münasibət bildirib. 

O qeyd edib ki, son vaxtlar AŞPA-da baş verən hadisələr nəticəsində Azərbaycanın mövqeyi xeyli güclənib: "Rusiyanın yenidən AŞPA-ya dəvət edilməsindən sonra ölkəmizə qarşı iddialar əhəmiyyətini itirir”. 

Report