Əfqanıstanda ABŞ hərbçilərinə hücum olub.
Mia.az xarici mətbuata istinadla bildirir ki, Kabulda hərəkətdə olan ABŞ-ın hərbi karvanına intiharçı-kamikadze hücum edib.
İlkin məlumata görə, "Taliban"ın üzərinə götürdüyü hadisə zamanı ölən və yaralanan hərbçilər var. Ancaq onlar haqqında hələlik rəsmi məlumat açıqlanmayıb.